Bu gündən bağçalara işə qəbul prosesinə start verilir - Qaydalar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən bağçalara işə qəbul prosesinə start verilir - Qaydalar

Qafar Ağayev10:16 - 02 / 08 / 2022
Bu gündən bağçalara işə qəbul prosesinə start verilir - Qaydalar

Avqustun 2-dən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid isə 20 sual təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq.

Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Müsahibə mərhələsi haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Paylaş:
724

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”10 / 11 / 2024, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTO10 / 11 / 2024, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28
Bütün xəbərlər