Hüseyn Bakıda onu pulsuz aparan taksi sürücüsünə belə jest etdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlı bloqçu Hüseyn Həsənov yenidən Bakıya gəlib.
1news.az xəbər verir ki, o, paytaxt takislərindən birinə yaxınlaşaraq onu qaldığı otelə aparmasını xahiş edib.
O, sürücüyə özünü turist kimi təqdim edib və pulunun olmadığını vurğulayıb. Sürücü isə onları pulsuz aparmağa razılaşıb. Həmçinin, başqa bir yerə getməyə ehtiyacları varsa, ora da apara biləcəyini təklif edib. Söhbət əsnasında sürücü bakılı olduğunu qeyd edib.
Daha sonra isə Hüseyn sürücüyə 5-6 manat ödəmək əvəzinə, 500 AZN ödəyib.
Qeyd edək ki, bloger ötən il Moskvada onu pulsuz aparmağa razılaşan taksi sürücüsünə maşın hədiyyə etmişdi.
1news.az
428