Paytaxtın bu məktəbinin məzunu qəbul imtahanında 700 bal toplayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın bu məktəbinin məzunu qəbul imtahanında 700 bal toplayıb - FOTO

Qafar Ağayev17:08 - 03 / 08 / 2022
Paytaxtın bu məktəbinin məzunu qəbul imtahanında 700 bal toplayıb - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

BŞTİ-dən 1news.az-a verilən məlumata görə, 125 nömrəli tam orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Paylaş:
946

Son xəbərlər

Bütün xəbərlər