Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb

Qafar Ağayev17:23 - 03 / 08 / 2022
Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Stop or Stop it” layihəsi çərçivəsində təlim proqramının icrasına başlanılıb.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, təlim proqramına uyğun olaraq 25 nəfər gəncə bullinq və onun əsasları, kiberbullinq, uşaqlarla sosial iş, emosional zəka, şəxsiyyətin formalaşması və digər mövzularda maarifləndirici sessiyalar keçirilib. Layihə boyunca iştirakçı gənclər bir sıra enercayzer və komanda işlərində öz bacarıqlarını sınayıblar. Təlim proqramına habelə natiqlik, təqdimat və effektiv ünsiyyət bacarıqları, komanda quruculuğu və başqaları aiddir.

Qeyd edək ki, təlim proqramını uğurla başa vurduqdan sonra multiplayer kimi formalaşmış gənclər müxtəlif auditoriyalar üçün təlimlər keçəcəklər. Bu mərhələdə 500-ə yaxın gəncin iştirakı planlaşdırılır. Ümumilikdə isə layihənin əsas məqsədi gənclər arasında bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.

Paylaş:
848

Son xəbərlər

Bütün xəbərlər