Balaca Orxanın sizin köməyinizə ehtiyacı var - FOTO

Əziz xeyirxah insanlar, balaca Orxanın sizin dəstəyinizə ehtiyacı var!
1news.az xəbər verir ki, valideynlərinin düz 12 il yolunu gözlədiyi və ailənin tək övladı olan Səfərov Orxan Faiq oğlu 30.04.2017 tarixində dünyaya gəlib.
Cəmi 5 yaşı olmağına baxmayaraq, bir çox xəstəlikdən əziyyət çəkən uşaq anadangəlmə təkböyrəklidir. Bağırsağından iki dəfə əməliyyat olunub. Bununla yanaşı, sərbəst gəzə və danışa bilmir. Müalicəsi ilə loqoped və psixoloq məşğul olur. Həmçinin, fizioterapiya kursları keçir.
Ananın sözlərinə görə, Orxanın müalicəsinə hər ay 1000 manat lazım olur. Yoldaşının fəhlə işlədiyini və artıq övladlarının müalicəsini davam etdirməyə imkanlarının olmadığını söyləyən ana yardımsevər insanlardan onlara kömək etmələrini xahiş edir.
Balaca Orxana kömək etmək istəyən xeyirxah insanlar aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:
Əlaqə: 051-999-77-50
Ayşən İsmayılova








