Jurnalistika ixtisasına qabiliyyət imtahanının nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalistika ixtisasına qabiliyyət imtahanının nəticələri açıqlanıb

Qafar Ağayev11:45 - 04 / 08 / 2022
Jurnalistika ixtisasına qabiliyyət imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2022/2023-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün iyulun 31-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.

1news.az xəbər verir ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 703 abituriyentdən 135 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 532 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 16-dan 28-dək davam edəcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 8 avqust 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 5 avqust saat 10:00-dan 7 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Paylaş:
498

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər