Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

16:23 - 11 / 08 / 2022
Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçiləri İslam Bazarqanov və Gözəl Zutova finala yüksəliblər.

1news.az-ın məlumatına görə, İ.Bazarqanov iranlı idmançı Məcid Dastanı 10:0 hesabı ilə məğlub edib.

Gözəl Zutova kamerunlu rəqibi Ngiri Nheyuya 6:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər