Məsuliyyətsiz sürücü yeniyetmələrin həyatını təhlükəyə atdı - VİDEO

Minik avtomobilinin sürücüsü sərnişindaşıma qaydalarını kobud şəkildə pozub.
1news.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
VAZ-21011 markalı avtomobilin sürücüsü üç yeniyetməni maşının baqajına mindirib. Bununla da onların həyatını riskə atıb.
Görüntülərdə yeniyetmələrin təhlükəsizlik qaydaları nəzərə alınmadan törədilən bu əməldən olduqca əyləndikləri diqqətə çarpır.
1news.az
202