TƏBİB Bakıda doğulan beşəmlərlə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB Bakıda doğulan beşəmlərlə bağlı məlumat yayıb

14:48 - 13 / 08 / 2022
TƏBİB Bakıda doğulan beşəmlərlə bağlı məlumat yayıb

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib.

TƏBİB-dən 1news.az-a verilən xəbərə görə, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməzlik əlamətləri qeyd olunub.

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb.

İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir. Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Qeyd edək ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

1news.az

Paylaş:
131

Son xəbərlər

İndi nə ailə həkimi var, nə də sahə həkimi - VİDEO01 / 10 / 2022, 18:06Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB01 / 10 / 2022, 17:52Ötən ay yol qəzalarında ölnlərin sayı açıqlandı01 / 10 / 2022, 17:45Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi? - VİDEO01 / 10 / 2022, 17:26Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxub01 / 10 / 2022, 16:38Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb01 / 10 / 2022, 16:35Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib01 / 10 / 2022, 16:14Azərbaycan Prezidenti Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1 - FOTO01 / 10 / 2022, 16:10Prezident İlham Əliyev Sofiyada dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda iştirak edib01 / 10 / 2022, 15:38Unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində nöqsanlar aşkar olunub - FOTO01 / 10 / 2022, 15:12Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb01 / 10 / 2022, 14:49Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb01 / 10 / 2022, 14:29Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”01 / 10 / 2022, 13:49Azərbaycan Qazaxıstanla rəqəmsal sahədə birgə layihələr həyata keçirəcək01 / 10 / 2022, 13:39Azərbaycan Prezidenti Rumıniyaya rəsmi səfərə dəvət olunub01 / 10 / 2022, 13:35Suraxanıda hərbi sursat aşkar edilib - FOTO01 / 10 / 2022, 13:15Prezident İlham Əliyev Rumıniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB01 / 10 / 2022, 13:09Tərtərdə iki nəfər minaya düşüb - YENİLƏNİB01 / 10 / 2022, 13:04Qubada narkotik dövriyyəsi ilə bağlı 9 nəfər tutulub01 / 10 / 2022, 12:44Azərbaycan Prezidenti Sofiyada Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO - YENİLƏNİB01 / 10 / 2022, 12:35
Bütün xəbərlər

Next TV