AZAL-ın Bakı-Moskva reysinin uçuşu gecikir - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın Bakı-Moskva reysinin uçuşu gecikir - SƏBƏB

Qafar Ağayev10:07 - 15 / 08 / 2022
AZAL-ın Bakı-Moskva reysinin uçuşu gecikir - SƏBƏB

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə 1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər