ATU-nun hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ATU-nun hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edilib

14:32 - 16 / 08 / 2022
ATU-nun hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edilib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb ixtisası üzrə bu il sifariş olunmuş plan yerləri tam komplektləşdirilmədiyi üçün əlavə sənəd qəbulu elan edilir.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında (buraxılış+blok) iştirak edib ən azı 400 və daha çox bal toplayan, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Hərbi tibb işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 16‑23 avqust (bazar günü istisna olmaqla) 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiyaya müraciət etməlidirlər. Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73.

1news.az

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər