Səfir: “Britaniya bu sahədə Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək üçün çalışacaq”
Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirmək və daha da genişləndirmək üçün çalışacaq.
1news.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp rəsmi "Twitter" bildirib.
“Mina axtaran itlər bu çətin işin öhdəsindən əla gəlirlər. Onların sayəsində insanların həyatları daha az risk altında olur. Biz bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirmək və daha da genişləndirmək üçün çalışacağıq”, - deyə səfir qeyd edib.
255