Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

09:19 - 17 / 08 / 2022
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.

1news.az-ın "Report"a istinadən məlumata görə, şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub.

Xatırladaq ki, “4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.

1news.az

Paylaş:
227

Son xəbərlər

Bütün xəbərlər