Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

Qafar Ağayev09:42 - 17 / 08 / 2022
Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dənizdə ("Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər