BNA “Qarabağ”ın oyunu ilə bağlı müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA “Qarabağ”ın oyunu ilə bağlı müraciət edib

11:02 - 17 / 08 / 2022
BNA “Qarabağ”ın oyunu ilə bağlı müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində avqustun 17-də Bakıda keçirəcəyi beynəlxalq oyunla əlaqədar müraciət edib.

BNA-dan 1news.az-a daxil olan məlumatda deyilir: "Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və "Viktoriya" (Plzen) futbol klublarının qarşılaşmasına bilet alan azarkeşlərə tövsiyə edirik ki, stadiona gedərkən şəxsi avtomobillərdən istifadə etməsinlər. Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb. Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik".

1news.az

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər