Şəkidə qadının intihar həddinə çatdırılması ilə bağlı istintaq yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə qadının intihar həddinə çatdırılması ilə bağlı istintaq yekunlaşıb

12:18 - 20 / 08 / 2022
Şəkidə qadının intihar həddinə çatdırılması ilə bağlı istintaq yekunlaşıb

Bu ilin mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.

1news.az xəbər verir ki, bu barədə Şəki Rayon Məhkəməsindən bildirilib.

Aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.

1news.az

Paylaş:
232

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər