Laçında iki hərbçimiz minaya düşüb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında iki hərbçimiz minaya düşüb - RƏSMİ

Qafar Ağayev12:12 - 22 / 08 / 2022
Laçında iki hərbçimiz minaya düşüb - RƏSMİ

2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

Bu barədə 1news.az-a Qubadlı hərbi prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər