Bakı metrosunun ikinci yerüstü stansiyasının tikintisi başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunun ikinci yerüstü stansiyasının tikintisi başa çatıb

13:52 - 23 / 08 / 2022
Bakı metrosunun ikinci yerüstü stansiyasının tikintisi başa çatıb

Bakı metropoliteninin şərti adı "Xocahəsən" olan elektrik deposu və yerüstü metro stansiyasında tikinti işləri başa çatıb.

1news.az-ın məlumatına görə, bunu Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiya və depoda təchizat, quraşdırma və istehsalat işləri aparılır.

"Artıq stansiya və depoda bu işlər paralel aparılır, tamamlama işləri görülür. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək",- B.Məmmədov deyib.

1news.az

Paylaş:
198

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər