“Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur” - Tokayev | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur” - Tokayev

Qafar Ağayev17:46 - 24 / 08 / 2022
“Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur” - Tokayev

“Əlbəttə, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur”.

1news.az xəbər verir ki, bunu avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bildirib. O deyib ki, şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur:

“Əlbəttə, düşünürəm ki, Qazaxıstanın bir dövlət kimi, - faktiki olaraq biz Xəzər sahillərində yanaşı yerləşən qonşu ölkələrik, - burada çox yaxşı perspektivləri var. Mən hökuməti, müvafiq idarələri nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından Sizin nümayəndələrlə sıx qarşılıqlı fəaliyyətə və birgə işə istiqamətləndirirəm”.

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər