50 minə yaxın abituriyent ixtisas seçimi edib | 1news.az | Xəbərlər
Cəmiyyət

50 minə yaxın abituriyent ixtisas seçimi edib

10:02 - 24 / 08 / 2022
50 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. 24 avqust saat 09:30-a olan məlumata əsasən, 49793 ixtisas seçimi ərizəsi təsdiq edilib.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən xəbərə görə, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

Abituriyentlər (o cümlədən subbakalavrlar) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər. Müsabiqə şərtləri barədə tələbə qəbulu haqqında elandan ətraflı məlumat almaq mümkündür.

İxtisas seçimi 28 avqust saat 23:59-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri;

Rayon və şəhərlər üzrə səyyar Məsləhət Mərkəzləri.

1news.az

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər