“Kubinka”da narkotik satan 8 nəfər tutulub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kubinka”da narkotik satan 8 nəfər tutulub - VİDEO

13:11 - 25 / 08 / 2022
“Kubinka”da narkotik satan 8 nəfər tutulub - VİDEO

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər