Sumqayıtda 22 yaşlı gənc tanışı tərəfindən öldürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 22 yaşlı gənc tanışı tərəfindən öldürülüb

15:46 - 27 / 08 / 2022
Sumqayıtda 22 yaşlı gənc tanışı tərəfindən öldürülüb

Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər