Buzovnada dəniz sahilindəki qanunsuz tikililərin söküntüsü davam etdirilir - FOTO

Buzovna qəsəbəsində dəniz sahilində yerləşən qanunsuz tikililərin söküntüsü davam etdirilir.
1news.az-ın əldə etdiyi məlumata görə, səhər saatlarından balayaraq Bakı şəhər və Xəzər rayon kommunal xidmətlərinin əməkdaşları tərəfindən ərazidə təmizlik işləri aparılır.
“Mirvari” çimərlik obyektinin ərazisində olan beton örtüklü meydança artıq sökülüb. Hazırda texnikalar cəlb edilməklə ərazidə beton plitələrin və qumun daşınması işləri görülür.
Onu da bildirək ki, sökülüb təmizlənən ərazi çimərlik ərazisinə qatılacaq.



















384