Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu verilib

10:03 - 30 / 08 / 2022
Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.

1news.az-ın "Report"a istinadən verdiyi məlumata görə, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər