Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana gedib
![Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana gedib](/images/2022/08/30/20220830101639159/thumb.jpg?2022-08-30+10%3A21%3A11)
İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, səfər zamanı İran İslam Respublikasının Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
189