Özbəkistanın mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistanın mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilib

1news Redaksiyası11:11 - 30 / 08 / 2022
Özbəkistanın mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilib

Özbəkistan Respublikasının mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilib.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif ediliblər:

İsmayılov Haşimjon

Nəsirli Əli Heydər oğlu

Urinbayev Kamoliddin Turdimuratoviç.

1news.az

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər