İsmayıllıdakı yanğın söndürülüb və Şabranda isə məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıdakı yanğın söndürülüb və Şabranda isə məhdudlaşdırılıb

Qafar Ağayev13:14 - 31 / 08 / 2022
İsmayıllıdakı yanğın söndürülüb və Şabranda isə məhdudlaşdırılıb

Avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə ETSN-in bütün yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar.

Bunu 1news.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.

Nazirlik rəsmisi onu da bildirib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Hazırda ərazidə soyutma işləri aparılır.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər