Paytaxtda direktorların işə qəbulu başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda direktorların işə qəbulu başa çatıb

Qafar Ağayev13:35 - 31 / 08 / 2022
Paytaxtda direktorların işə qəbulu başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri bəlli olub.

BŞTİ-dən 1news.az-a verilən məlumata görə, işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil olunub, müsahibə mərhələsindən uğurla keçən 2 namizəd müvafiq vəzifə üzrə təyinat alıb.

Qeyd edək ki, müsahibə mərhələsində işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 16 nəfər olmaqla, ümumilikdə 22 namizəd iştirak edib.

Paylaş:
480

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər