Şabrandakı meşə yanğını söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabrandakı meşə yanğını söndürülüb

Qafar Ağayev13:56 - 31 / 08 / 2022
Şabrandakı meşə yanğını söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib.

Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb

Paylaş:
207

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 4Bu gün, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər