Respublika çaylarında sululuq kəskin azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika çaylarında sululuq kəskin azalıb

Qafar Ağayev11:48 - 31 / 08 / 2022
Respublika çaylarında sululuq kəskin azalıb

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata əsasən, avqust ayında hava şəraitinin az yağıntılı və anomal isti keçməsi, eyni zamanda su səthində buxarlanmanın artması nəticəsində çaylarda sululuq kəskin azalıb.

Yalnız avqustun 8-də yağan intensiv leysan yağışları nəticəsində Kiçik Qafqaz ərazisindən axan Dəstəfürçay və Gəncəçay çaylarından qısamüddətli sel keçib.

Kür-Qıraqkəsəmən məntəqəsində ay ərzində orta aylıq su sərfi 115 m3/san olmaqla normadan 10 faiz az, 2021-ci ilə müqayisədə 32 faiz çox, Qanıx-Əyriçay məntəqəsində ay ərzində orta aylıq su sərfi 13,4 m3/san olmaqla normadan 83 faiz az, keçən il ilə müqayisədə 50 faiz az olub.

Kiçik Qafqaz çaylarında sululuq normadan 25 faiz az, ötən il ilə müqayisədə 36 faiz çox, Böyük Qafqaz çaylarında sululuq normaya yaxın, keçən il ilə müqayisədə 18 faiz çox, Lənkəran-Astara bölgəsi çaylarında sululuq normadan 15 faiz az, keçən il ilə müqayisədə isə 65 faiz çox olub. Kür çayının aşağı axınında suyun səviyyəsi keçən il ilə müqayisədə 30-40 sm çox, sululuq isə 26-53 faiz çox olub. Çayda orta duzluluq bu il 0,7 q/l, əvvəlki il isə 7,3 q/l təşkil edib.

Mingəçevir su anbarından buraxılan suyun həcminin keçən il ilə müqayisədə 40 faiz çox olması ilə əlaqədar Kürün aşağı axınında sululuq ötən il ilə müqayisədə çox olub.

Sentyabr ayının 5-dən sonra gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun nisbətən artacağı gözlənilir.

Respublikanın çaylarında olan vəziyyətlə bağlı yenilənmiş məlumatları meteo.az saytından əldə etmək olar.

Paylaş:
183

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 4Bu gün, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər