Oqtay Əsədov növbəti 4 il rəhbər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Oqtay Əsədov növbəti 4 il rəhbər olacaq

Qafar Ağayev12:04 - 31 / 08 / 2022
Oqtay Əsədov növbəti 4 il rəhbər olacaq

Azərbaycan Tennis Federasiyasının (ATF) seçki iclası keçirilib.

1news.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə ATF-yə prezident seçilib.

Oqtay Əsədov növbəti 4 il müddətinə də federasiyanın rəhbəri olacaq. Gülməmməd Cavadov isə vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflıdır.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər