Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi ölümlə üzləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi ölümlə üzləşib

09:47 - 02 / 09 / 2022
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi ölümlə üzləşib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümlə üzləşib.

1news.az xəbər verir ki, hadisə barədə mətbuat katibi öz feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, “Sahil” metrosunun yaxınlığından keçərkən baş verib. “Binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı”, - deyə o yazıb.

Çox qorxduğunu bildirən mətbuat katibi binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir deyə əlavə edib.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər