Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı

15:57 - 07 / 09 / 2022
Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı

Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın əri tərəfindən çoxsaylı bıçaq zərbələri (azı 14) alması onun həyatına ciddi risk yaratmışdı. Hadisəyə ilk müdaxilə “Olimp Hospital”dan gəlib. Belə ki, hospitalın yaxınlığında baş verən faciəvi hadisəni xəstəxananın həkimi Vahid İsmayılov və digər tibbi heyəti görüb və hadisə yerinə dərhal yaxınlaşaraq, qanaxmanı dayandırmaq üçün ilkin müdaxilə ediblər.

1news.az xəbər verir ki, yaralı qadın bu müdaxilənin ardından vaxt itirmədən tibbi heyət tərəfindən əməliyyatxanaya aparılıb. Boyun, qarın boşluğu, qol və üz nahiyələrindən xəsarət alan qadında ciddi qan itkisi olmasına baxmayaraq "Olimp Hospital"ın peşəkar həkim heyəti sayəsində 7 saatlıq çətin keçən əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub.

Əməliyyat “Olimp Hospital”ın rəhbət heyəti - Samir Şükürov - Baş direktor, Səməd Səmədov - Baş həkim Əməliyyat, Vahid İsmayılov - Uroloq, İlyas Həsənov - İnvaziv radioloq, Anar Məmmədov - Ümumi cərrah, Nicat Səttarov - Travmatoloq-Ortoped, Araz Əliyev - Baş-boyun cərrahı, Mirəli Məcidov - Ürək-damar cərrahı, Ələsgər Ağayev - Anestezioloq-Reanimatoloq iştiraki ilə həyata keçirilib.

1news.az

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər