Şuşada “ASAN xidmət” mərkəzinin tikintisi bu tarixdə yekunlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada “ASAN xidmət” mərkəzinin tikintisi bu tarixdə yekunlaşacaq

Qafar Ağayev15:16 - 08 / 09 / 2022
Şuşada “ASAN xidmət” mərkəzinin tikintisi bu tarixdə yekunlaşacaq

Şuşada "ASAN xidmət" mərkəzinin tikintisi gələn il yekunlaşacaq.

1news.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

"Tikinti prosesi, yəqin ki, gələn il üçün yekunlaşar və elə gələn il də xidməti fəaliyyətə də başlayar. İşğaldan azad olunmuş digər ərazilərdə isə, bildiyimiz kimi, infrastruktur tədbirləri həyata keçirilir.

Bu proseslər yekunlaşdıqdan sonra orada da ASAN xidmət mərkəzlərinin tikintisi həyata keçirilə bilər".

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər