Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anım mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anım mərasimi keçirilib

Qafar Ağayev15:59 - 09 / 09 / 2022
Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anım mərasimi keçirilib

44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin zabiti vətən müharibəsi qəhrəmanı baş leytenant İbrahimli Adil Asəm oğlunun anadan olmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

1news.az xəbər verir ki, ikinci fəxri xiyabanda baş tutmuş tədbirdə millət vəkilləri, ictimai xadimlər, icra hakimiyyəti nümayəndələri, şəhidin yaxınları, zabit yoldaşları, o cümlədən şəhid Adil İbrahimlinin adının verildiyi Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin müəllim kollektivi iştirak edib.

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər