Sahibə Qafarova ilə Özbəkistan Prezidenti arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova ilə Özbəkistan Prezidenti arasında görüş keçirilib

Qafar Ağayev11:46 - 09 / 09 / 2022
Sahibə Qafarova ilə Özbəkistan Prezidenti arasında görüş keçirilib

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Parlamentdən 1news.az-a verilən məlumata görə, səmimi qəbula görə dərin minnətdarlığını bildirən Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi qeyd olunaraq, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyununda Özbəkistana tarixi səfərinin səmərəli nəticələri qeyd olunub, bu səfərin münasibətlərin daha da inkişafında yeni bir mərhələ təşkil etdiyi bildirilib. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

O, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu qeyd edərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan televiziyasına müsahibə verib. Parlamentin sədri müsahibədə Azərbaycan nümayəndə heyətinin Qadın Parlament Sədrlərinin 14-cü sammitində iştirakı, Azərbaycan-Özbəkistan əlaqələrinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Paylaş:
325

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!Bu gün, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”Bu gün, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər