Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

12:34 - 09 / 09 / 2022
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayının 10-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

1news.az

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər