Əvəz Zeynallının ofisində və Elçin Sadıqovun evində axtarış aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Əvəz Zeynallının ofisində və Elçin Sadıqovun evində axtarış aparılır

16:41 - 10 / 09 / 2022
Əvəz Zeynallının ofisində və Elçin Sadıqovun evində axtarış aparılır

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, onun ofisində axtarış aparılacağı deyilir.

İctimai fəal İlkin Rüstəmzadə də bu barədə yazıb.

Vəkil Elçin Sadıqov da sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb.

Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini qeyd edib.

1news.az

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər