Əməkdar mədəniyyət işçisi vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkdar mədəniyyət işçisi vəfat edib

14:59 - 15 / 09 / 2022
Əməkdar mədəniyyət işçisi vəfat edib

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov vəfat edib.

1news.az bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İldırım Kasimov 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ.Kasimov 1933-cü il dekabrın 7-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı Hərbi məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov müxtəlif vəzifələrdə - Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışıb.

Paylaş:
224

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər