MİDA mənzillərinin satışının təxirə salınmasının səbəbi açıqlandı - Birgə məlumat | 1news.az | Xəbərlər
Cəmiyyət

MİDA mənzillərinin satışının təxirə salınmasının səbəbi açıqlandı - Birgə məlumat

Qafar Ağayev17:47 - 15 / 09 / 2022
MİDA mənzillərinin satışının təxirə salınmasının səbəbi açıqlandı - Birgə məlumat

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilmişdir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə məlumatındə bildirilib. Qeyd olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınmışdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilmişdir.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmışdır.

Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcəkdir.

Paylaş:
384

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər