Yeznəsinə zorla ərə verilən qadınla bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeznəsinə zorla ərə verilən qadınla bağlı AÇIQLAMA

13:22 - 16 / 09 / 2022
Yeznəsinə zorla ərə verilən qadınla bağlı AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yardımlıda qadının zorla bacısının ərinə ərə verilməsi məsələsinə münasibət bildirib.

1news.az APA-ya istinadən xəbər verir ki, qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələ Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Hazırda Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, atası tərəfindən bacısının ərinə zorla ərə verilən qadın hazırda Bakıdakı sığınacaqlardan birində yerləşdirilib. O, həmçinin zorakılığa məruz qalıb. Qadın yerləşdirildiyi sığınacaqdan qardaşı və digər şəxs tərəfindən çıxarılmağa cəhd edilsə də, hazırda sığınacaqdadır.

Qeyd edək ki, Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. O, həyat yoldaşının bacısını özünə zorla arvad etmək istəyirmiş.

1news.az

Paylaş:
220

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər