“The Guardian” Azərbaycanda keçirilən podyumdan yazdı

Bakıda adaptiv geyimlər podyumda nümayişi olub.
1news.az xəbər verir ki, ölkəmizdə adaptiv geyimlərin inkişafına təsir edən şəxslərdən biri 21 yaşlı gənc Məhəmməd Kekalovun fiziki məhdudiyyətli şəxslərin həyat standartlarını asanlaşdırmaq üçün geyim brendi Bakıda yerli otellərin birində nümayiş olunub.
Onun hazırladığı geyimlərin nümayişi “The Guardian” qəzeti tərəfindən yayımlanıb.
Geyimlərin nümayişi zamanı bir sıra fiziki məhdudiyyətli şəxslər podyuma çıxıblar.
Qeyd edək ki, Məhəmməd bu geyimlərin hazırlanması zamanı ölkəmizdəki ilk adaptiv geyim dizayneri Rəşadə Əliyeva və həyat yoldaşı ayağını I Qarabağ Müharibəsi zamanı itirən Qalib Əliyevdən də məsləhətlər də alıb.
489