Naxçıvanda düşmənin pilotsuz uçuş aparatı zərərsizləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda düşmənin pilotsuz uçuş aparatı zərərsizləşdirilib - FOTO

11:50 - 17 / 09 / 2022
Naxçıvanda düşmənin pilotsuz uçuş aparatı zərərsizləşdirilib - FOTO

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

1news.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən xəbərə görə, sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

Paylaş:
367

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər