Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.
.png)

