İş axtarmağın asan yolu - Avando.az - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İş axtarmağın asan yolu - Avando.az - FOTO - VİDEO

16:23 - 20 / 09 / 2022
İş axtarmağın asan yolu - Avando.az - FOTO - VİDEO

Peşə təhsili ilə karyera qurmaq mümkündürmü? Azərbaycanda peşə ixtisaslı gənclərə iş tapmaq çətindirmi? Bu və digər bu kimi sulları karyera mütəxəssisləri, şirkət nümayəndələri və təhsil ocaqlarının təmsilçiləri Avando.az veb portalının təqdimetmə mərasimində cavablandırmağa çalışıblar.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə yaradılmış Avando.az işəgötürənlər və iş üçün müraciət edən namizədlər arasında körpü rolunu oynayır və işə qəbul və təlimə müraciətlərin idarə olunması üçün rəqəmsal həllini təklif edir.

Burada namizədlər "Vakansiyalar" , "Təlimlər" bölmələrinə daxil olaraq mövcud elanları görə bilir, elan haqqında ümumi məlumat əldə edir və portaldan şəxsi profilini yaradaraq öz müraciətlərini edə bilirlər. Həmçinin iş axtaranlar əvvəlcədən daxil edilmiş siyahıdan vakansiyaya, yaxud qatılmaq istədikləri təlimə aid sahələri, əmək haqqını və bacarıqları da seçə bilirlər.

İş axtaranlar "CV yüklə" düyməsini basaraq şəxsi məlumatlarını PDF fayl vasitəsilə də yükləyə bilərlər. Doldurulmuş profil üzrə namizədə sistem tərəfindən müxtəlif iş təklifləri də göstərilir. Şirkətin işəgötürmə prosesinə cavabdeh şəxsləri isə yeni vakansiyalar olduğu zaman lazım olan parametrlərə uyğun namizədləri filterlər vasitəsilə seçə, nəticələri excell-ə eksport edə bilərlər. Bundan əlavə, portalda yer alan “Vakansiyalar” bölümündə saytda olan bütün vakansiyaları görmək mümkündür.

Tədbirdə Təhsilin İnkişafı Fondunun sədri, Elnur Nəsibov, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə-Əsgərova, o cümlədən peşə təhsili və məşğulluq sahəsində ixtisaslaşan digər mütəxəssislərin çıxışları yer alıb.

Avando.az gələcəkdə namizədlər və elanlarla bağlı sıx baş verən itkilərin qarşısını almağa hədəflənib. İş üçün müraciət edənlər indi seçim mərhələlərini şəxsi profilində izləyərək tam şəffaf prosesi izləyə biləcəklər. Toplanan məlumat bazası isə uzunmüddətli plan və strategiya istiqamətində aparılan işlər üçün vacib rol oynayacaq.

İşiniz avand olsun!

Reklam hüququnda

Paylaş:
972

Son xəbərlər

İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58
Bütün xəbərlər