Ötən sutka koronavirusa yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka koronavirusa yoluxanların sayı açıqlanıb

16:34 - 20 / 09 / 2022
Ötən sutka koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 592 nəfərdir.

Ölkədə son sutka ərzində 3 856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.

Paylaş:
473

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər