“Huawei” tərəfindən Azərbayan Respublikası Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib

Yeni təhsil ilinin başlanğıcında, "Huawei", Azərbaycan Respublikası Xəzər rayonu şagirdlərinə məktəb ləvazimatlarını ianə edib. İanə mərasimində, Xəzər rayonu İcra Hakimi, Milli Məclis üzvləri Soltan Məmmədov və Rauf Əliyev, "Huavei" Technologies Azərbaycan MMC–nin Baş Direktoru Xu Hui, Huawei-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya departamentinin Avrasiya regionu Birləşmiş Ölkələri üzrə vitse-prezidenti Chen Liang və digər rəsmilərr iştirak ediblər.
Xəzər rayonu İcra Hakimi Elşən Salahov, Azərbaycanda təhsilə verilən diqqət və qayğı haqqında danışdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsillə bağlı təşəbbüsləri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Milli Məclisin üzvü Soltan Məmmədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti şəhid ailələri və veteranlara xüsusi həssaslıqla yanaşırlar. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda yeni məktəblərin tikildiyini, bir sıra məktəblərin əsaslı təmir olunduğunu vurğulayıb.
"Biz, daha çox istedadlı gənclərin yetişdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Biznes fəaliyyətindən başqa, KSM(Korporativ Sosial Məsuliyyət ) fəaliyyətləri bizə daim irəliləməyə ilham verir", - deyə "Huawei" Azərbaycanın Baş Direktoru David Xu bildirib.
Tədbir zamanı imkansız ailələrdən olan 50-yə yaxın şagirdə məktəb ləvazimatları və məktəbli formaları təmənnasız təqdim olunub.
İKT infrastrukturunun və ağıllı cihazların aparıcı qlobal təchizatçısı olaraq, "Huawei" Azərbaycanın İKT sektorunun uzunmüddətli davamlı inkişafına köməklik göstərmək öhdəliyini götürüb. "Huawei" inanır ki, təhsil - yeni imkanlar yaratmaq və davamlı və sağlam inkişaf yolunu təşviq etmək üçün bir açardır. Buna görə də, təhsil və biliklərin ötürülməsi "Huawei"-in qlobal Korporativ və Sosial Məsuliyyət (KSM) fəaliyyətlərinin əsas prioritetidir.
Reklam hüququnda