Yeni başlayan türk serialında Azərbaycanın Vətən müharibəsindən bəhs edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni başlayan türk serialında Azərbaycanın Vətən müharibəsindən bəhs edilib - VİDEO

11:06 - 21 / 09 / 2022
Yeni başlayan türk serialında Azərbaycanın Vətən müharibəsindən bəhs edilib - VİDEO

Ötən gün “Ben bu cihana sığmazam” adlı türk serialı ilk bölümü ilə ekranlara çıxdı.

Serialın ilk bölümündə diqqət çəkən nüans isə serialın kiçik bir hissəsində İkinci Qarabağ müharibəsindən bəhs edilməsi olub.

1news.az-ın verdiyi məlumata görə, Oktay Kaynarca, Ebru Özkan, Pelin Akil, Hakan Karahan kimi məşhur aktyorların çəkildiyi serialın birinci bölümündə Qarabağ müharibəsinə də toxunulub. Həmin fraqmentdə türklərin Azərbaycan əsgərlərinə yemək hazırladıqları və onlarla söhbət etdikləri kadrlara yer verilib. Cezayir obrazını yaradan Oktay Kaynarca türklərə dəstəkləri üçün təşəkkür edən Azərbaycan əsgərinə “Sən, mən yoxdur. Biz varıq, biz! Şuşanı geri alaq, sizə quzu çevirmə də bişirəcəm” deyir.

Ayşən İsmayılova

Paylaş:
285

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər