Ekspertdən Bakıda avtobus zolaqlarının effektiv olması üçün TƏKLİF

Yeni tədris ili başlayandan bəri, hazırda avtomobil tıxacları insanların gündəlik qarşılaşdıqları, stressə və gərginliyə səbəb olan problemlərindən biridir.
Son zamanlar baş verən tıxaclarla bağlı 1news.az-a açıqlama verən qəzaəlileyhinə kursların məşqçisi Aqil Rəhimov avtobus zolaqlarında tıxacın yaranmasına səbəb olan amillərdən birini də cərimələrin az olmasında görüb:
“Son zamanlar tıxaclar tədris ilinin başlaması səbəbindən artıb. Tıxacların qarşısını almaq üçün düşünürəm ki, belə bir sistem qurulmalıdır, məsələn yuxarı sinif şagirdləri dərsə saat 8-də, ibtidailər isə 9-da getsələr sıxlıq nisbətən azalar. Yəni ki, şagirdlər və tələbələr eyni vaxtda dərs gəlməsinlər.
Avtobus zolaqları çox zolaqlı yollara qoyulur. Avtobus zolaqlarına taksilər və digər avtomobillər daxil olduqları üçün tıxacalar yaranır. Bunun səbəbi də cərimələrin az olmasıdır. Yəqin ki, bu yolda daxil olanlar 40 manat cəriməni elə də yüksək məbləğ olaraq görmürlər. Fikrimcə, cərimə məbləği artsa misal üçün 100 manat cərimə yazılsa sözügedən zolaqlara heç kim daxil olmaz və beləliklə də, avtobus zolaqlarındakı tıxaclar da nisbətən qaydasına düşər”.
Aynurə Xudaverdiyeva