“Dünyanın heç bir yerində yas 40 gün tutulmur” - Deputat və ilahiyyatçı yas mərasimlərindən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dünyanın heç bir yerində yas 40 gün tutulmur” - Deputat və ilahiyyatçı yas mərasimlərindən danışdı

10:32 - 24 / 09 / 2022
“Dünyanın heç bir yerində yas 40 gün tutulmur” - Deputat və ilahiyyatçı yas mərasimlərindən danışdı

Azərbaycanlılar yas mərasimlərinə həmişə özünəməxsus tərzdə yanaşıb və bunula bağlı daşlaşmış adət-ənənələr mövcuddur.

Amma son illər yas mərasimlərinə çox xərclənən pullar bəzi insanlar tərəfindən narazılığa səbəb olur.

Bu haqda 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov dinimizə görə, yas 3 gün saxlanılmalıdır deyə bildirib:

“Mən dəfələrə bu haqda danışanda qeyd etmişəm ki, dinimiz bu cür yas mərasimlərinin keçirilməsinə qarşıdır. Dinimizə görə, yas 3 gün saxlanılmalıdır. Lakin Azərbaycan reallığında yaxınları dünyasını dəyişən insanlar çox ciddi əziyyətlərlə üzləşirlər. Hamı bir-birinə baxaraq dəb şəklində bu cür yas mərasimlərini təşkil edirlər. Bu da vətəndaşlardan böyük vəsait tələb edir. Bu istər-istəməz onların ümumi həyatına, yaşayışına ciddi təsirlər göstərir. Hesab edirəm ki, bu məsələyə dair təbliğat işi aparılmalıdır ki, insanlar belə mərasimlərdən uzaq olsunlar. Çünki burada bəzən yas mərasiminin təşkili xərcləri 20 min, 30 min, 40 min, 50 min və daha yuxarıya qədər gedir. Ona görə də burada mütləq müəyyən addımlar atılmalıdır ki, insanlarımız dinlə heç bir əlaqəsi olmayan bu cür dəbdəbəli yas mərasimlərini keçirməsinlər. Qəbir daşları ilə bağlı da ciddi problemlər yaşayırıq. Nazirlər Kabinetinin belə bir təlimatı var idi ki, bütün qəbir daşları eyni olsun, lakin bu təlimat tam işləmir və icra olunmur. Hesab edirəm ki, qərar qəbul edilməlidir ki, bütün qəbirlər eyni formada olsun”.

Ceyhun Məmmədov

Məsələ ilə bağlı İlahiyyatçı alim Mirhəmid Məmmədovla əlaqə saxladıq. O, 1news.az-ın sorğusuna cavab olaraq dinimizdə belə bir şərtin olmadığını deyib:

“Peyğəmbərimizin dönəmindən belə bir qayda var idi ki, yaxını vəfat edən şəxsə tanışlar yemək bişirib gətirirdilər, çünki onlar özləri yasda olduqları üçün yemək hazırlamağa vaxtları olmurdu. Ondan sonra da bu məsələnin üzərinə düşdülər. Bu adət halını aldı. Bu bizim dinimizdə nə başqa dinlərdə yoxdur. Dünyanın heç bir yerində yas 40 gün tutulmur, bu qədər ehsanlar paylanılmır, yeməklər israf edilmir, heç bir kəs borca-xərcə girib mərmərdən baş daşı qoydurmur. Məsələn, bir nəfər vəfat edir, onun uşaqları yetim qalır. Yaxınları yığılan pulları mərmər baş daşına və yasa xərcləyir. Bu düzgün yanaşma deyil. Yasa gələn yemək yeməyə gəlmir. Bu toy deyil axı. Yasa getməyin bəzi dəyərləri var. Onlardan biri rəhmətə gedənin yaxınına dəstək olmaq, onu tək qoymamaqdır. İkincisi insanlar yasa gedəndə ölümü xatırlasınlar ki, hər kəs mütləq bir gün öləcək. Üçüncüsü yasa gedib Allahdan dünyasını dəyişən insan üçün bağışlanmasını istəməkdir. Bizim yaslarda bu üç məsələnin hansı qeyd olunur ki? Bu məsələ həll olunmalıdır. Biz tövsiyə etsək də insanların çoxu bunu anlamır”.

Mirhəmid Məmmədov

Aynurə Xudaverdiyeva

Paylaş:
928

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər